25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qol vurmağımıza baxmayaraq...”

“Qəbələdə vacib qələbədən sonra gözəl oyunla 3 xalı qazandıq. Komandamı təbrik edirəm. Bugünkü oyun da vacib, öncəki turdakı uğuru möhkəmlətməli idik. Bu cür oyuna psixoloji hazırlaşmaq çətin idi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Rəvan”la oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis bəzi futbolçuların həyəcanlı olduğunu bildirib: “Rəqib daha psixoloji cəhətdən daha sərbəst idi. Qol vurmağımıza baxmayaraq, bəzi futbolçularda həyacan var idi. Fasilədə komanda ilə danışdıq, futbolçular özlərini ələ aldılar və ikinci hissəni böyük üstünlüklə başa vurdular. Avrokuboklar uğrunda mübarizədə psixoloji cəhətdən daha dözümlü olan komandalar mükafatçılar sırasına düşəcək. PFL-ə oyunu təxirə saldığı üçün təşəkkürümü bildirirəm. Dünənki şərtlərdə oyun heç bir komandanın xeyrinə getməzdi. Bu gün isə daha yaxşı hava şəraitində oynadıq, hər iki komanda baxımlı oyun göstərdi. 7-8 futbolçumuz sarı vərəqə limitində idi. İstənilən futbolçu lazımsız vərəqə alarsa cəzalanacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30