28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Kurtar: “Onların qarşısını ala bilmədik”

“İnter”i qələbə ilə təbrik edirəm, çox yaxşı oynadılar. Bu oyunu “Neftçi” ilə oyundan öncə sınaq kimi çalışdıq. Rəqibin iki cinah futbolçusu “Neftçi”də olduğu kimi hücum zamanı meydana daxil olur. Onların qarşısını ala bilmədik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Rəvan”ın baş məşqçisi Güvənc Kurtar deyib.

Türkiyəli mütəxəssis hakimlərdən razılığını ifadə edib: “Qapı dirəyindən dönən topumuz var idi. İkinci qolu buraxdıqdan sonra isə işimiz daha çətin oldu. Bütün gücümüzü kuboka yönəldəcəyik. Bundan sonrakı oyunlarda qələbə qazanmaq istəyirik. Kubokdan öncə “Sumqayıt” və “Qarabağ”la oyunumuz var. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. “Sumqayıt”ın son oyununu izlədim, əvvəlkindən çox fərqlənirlər. Hakimlərə təşəkkür edirəm, oyunu yaxşı idarə etdilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31