20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Babək Quliyev: "Kim kimin oğludu, kim kimin övladıdı, bu, bizi maraqlandırmır"

 

"Con Toşak kimi istəsə, komandaya cəlb edər. Kim kimin oğludu, kim kimin övladıdı, bu, bizi maraqlandırmır". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri "Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev deyib.

"Xəzər Lənkəran"ın yeni məşqçisi Aleksis Plazanın anasının Con Toşakla nigahda olması haqda İspaniya mətbuatının ortaya atdığı iddiaya münasibət bildirən B.Quliyev bildirib ki, komanda üçün Toşakın qarşıya qoyulan məqsədlərə çatması daha böyük önəm daşıyır: "Biz bu cür xəbərlərdə nəsə məna axtarmamalıyıq. Əsas odur ki, Toşakın qarşısına konkret tapşırıq qoyulub. O komandanı çempionluğa daşımalı və kuboku qazanmalıdır. Bizim üçün əsas odur ki, Toşak qarşıya qoyulan məqsədlərə çatsın. Klub rəhbərliyi Toşaka sərbəstlik verib. O istədiyi məşqçini öz komandasında görə bilər".

Babək Quliyev Emin Quliyevlə Hafiz Əliyevin komandada qalacağının dəqiqləşdiyini qeyd edib: "Bu günlərdə komandamıza daha bir məşqçi qoşulacaq. Bu, Kameron Toşakdı. Eləcə də Emin Quliyevlə Hafiz Əliyevin komandada qalacağı dəqiqləşib. Emin futbolçu kimi uzun illər "Xəzər Lənkəran"da çıxış edib, indi də məşqçidir. Hesab edirəm ki, o Toşakın təcrübəsindən yararlanmalı, ondan çox şey öyrənməlidir".

Klub rəsmisi komandanın transfer çalışmaları haqda da sualı cavablandırıb: "İndidən bu haqda açıqlama vermək istəməzdik. Çünki mövsüm hələ bitməyib. İndidən kimin gedib, kimin qalacağını söyləmək düzgün olmazdı. Mövsüm başa çatdıqdan sonra transfer çalışmalarımız haqda açıqlama verəcəyik. Bu yöndə işlər gedir. Əmin ola bilərsiniz kimi, yeni mövsüm öncəsi komandanı gücləndirə biləcək, uğurlara daşıyacaq futbolçular "Xəzər Lənkəran"a cəlb olunacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30