19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Rəhbərlik mənə tam dəstək verir”

“İki fərqli hissə izlədik. Hava şəraiti oynamaq üçün uyğun deyildi. İlk hissədə bərabər oyun getdi, ikinci hissənin əvvəlində isə buraxdığımız qol oyunumuza təsir etdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyundan sonra “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Syomin hakimlərdən şikayələtnib: “Hakimlər Komitəsindən ikinci qolun necə vurulmasına baxmalarını xahiş edirəm. Yəqin ki, hərəkətdə olan topla oyunu başlamaq və oyundankənar vəziyyətdən qol vurmaq olmaz. Buna görə də oyunun hakimlərinə iradım var. Xüsusi ilə də yan xətt hakimlərindən narazıyam. Qarşıda, demək olar ki, bütün dövrə var, ölkə kubokunda yarımfinaldayıq. Hələ heç nə məlum deyil. May ayında mövsümə yekun vurulanda danışacağıq”.

Təcrübəli mütəxəssislər hakimlərlə yanaşı, mətbuatdan da gileylənib: “Qəbələ” hal-hazırda KİV-də çox müzakirə olunur. Hamı yalnız neqativ halları axtarır. Haqqımızda olmayan şeyləri yazırlar. Guya rəhbərlik mənə dəstək olmur. Rəhbərlik mənə tam dəstək verir. Təbii ki, bugünkü nəticə heç kimi qane edə bilməz. Əminəm ki, bunun öhdəsindən gələcəyik. Vəziyyətimiz çətin ola bilər, lakin bunun öhdəsindən gələcəyik. Komandada futbolçular arasında yaxşı münasibət var, heç bir problem yoxdur. Bəzən qeyri-obyektiv yazılar getdiyi üçün mətbuatla ünsiyyəyə qadağa qoyuruq. Ondansa “Qəbələ”nin oyunlarındakı hakimlikdən yazın”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30