20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Çeranın da söydüyünü eşitdim”

“Qələbə qazandığımız üçün şadam. Komanda var gücünü ortaya qoydu. Çətin qələbə qazandıq. Meydanda və kənarda baş verənlər var ki, biz buna müdaxilə edə bilmirik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyundan sonra “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Pantiç hakimlərdən narazılıq edib: “İlk hissədə iki qol vurduq, ikinci hissədə isə müdafiədən oynadıq. “Neftçi” ilə oyunda cəzalı duruma düşən Vüqar Mustafayev və Araujo Santos oynaya bilməyəcək. Bunların niyə baş verdiyini anlamıram. Ola bilsin ki, bu, belə olmalı idi. Bir tərəfdən yaxşıdır ki, “Xəzər Lənkəran”la oyunda iştirak edə biləcəklər. Bilmirəm niyə Ruben Qonzalezə də vərəqə göstərmədilər. Onun da 3 vərəqəsi var, cəza limitində idi”.

Pantiçin fikrincə, hər söyüşə görə vərəqə vermək olmaz: “Sevinirəm ki, bu gün heyətdə 4 gənc futbolçu oynadı. Azərbaycan futboluna kömək etmək üçün gəlmişəm. Burda olduğum müddətdə gənc yerli fubtolçulara dəstək olacam. Vüqarı məcbur etsən də, danışan deyil. Onu meydandan niyə qovduqlarını anlamıram? Serb dilini anladığım üçün Draqan Çeranın da söydüyünü eşitdim. Hər söyüşə görə qırmızı vərəqə verəndə gərək meydanda oyunçu qalmasın. Rauf Əliyev məşqdə oyuna hazır olduğunu bildirmişdi. Zədə alması bizim üçün gözlənilməz oldu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30