23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Simurq” “Bakı“ önünə 4 itkiylə çıxacaq

Sabah Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Bakı"nın qonağı olacaq “Simurq”, bu gün qarşılaşmanın keçirələcəyi meydançada son məşqinə çıxıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bir saata yaxın davam edən hazırlıq prossesində sarı vərəqə limitini dolduran Rəşad Eyyubov və zədə səbəbindən qarşılaşmada forma geyinə bilməyəcək Patrik Osiako, Usim Nduka və Mindauqas Kalonas iştirak etməyib.

Dördüncü dövrənin ilk matçında paytaxt təmsilçisi ilə üz-üzə gələcək “Simurq”, cari mövsümün geridə qalan hər üç oyununda rəqibdən üstün ola bilməyib. Sonuncu dəfə bu arenada Georgi Çixradzenin yetirmələri 3:2 hesabı ilə məğlub olub. Avroliqa uğrunda mübarizə aparan komanda üçün bu görüş çox böyük əhəmiyyət daşıyır. Turnir cədvəlində ondan irəlidə olan kollektivlərlə arasındakı xal fərqini azaltmaq üçün "Simurq" qarşılaşmadan xalsız ayrılmamalıdır. Demək olar ki, sabahkı qarşılaşma Zaqatala təmsilçisi üçün son ümid, son şansdır. 

Qeyd edək ki, "Bakı" - "Simurq" oyunu saat 15:00-da start götürəcək və "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30