24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Kalonas kimdi ki… vurub, gözünü çıxardaram”

“Belə söhbətin olması gülməlidir. Biz kimik ki, hansısa futbolçunun taleyini müəyyənləşdirək? Kalonasın “Bakı”dan getməsində bizim heç bir rolumuz olmayıb”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın və millimizin hücumçusu Rauf Əliyev deyib.

106 FM-də yayımlanan “Footballife” proqramında qonaq olan Rauf Əliyev Mindauqas Kalonasla yola getmədiyi haqda sualı da cavablandırıb.

Əliyev litvalı futbolçu haqda sərt açıqlamalar verib: “Kalonas elə bir insandır ki, komandanın 90 faiziynən problem yaşayırdı. Onun bizə qarşı etdiyi hərəkətləri heç kim götürməz. Kalonas kimdi ki…Tək mən yox, onun dediyi sözləri heç kim götürməzdi. Hətta biz səbrli davranırdıq. Yenə deyirəm, onun sözlərini qəbul etmərəm, hətta vurub gözünü çıxardaram”.

106 FM-də yayımlanan “Footballife” proqramının informasiya dəstəyi Futbolxeber.az saytıdır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30