24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Böyükağa Hacıyev: “Oyunun gərgin keçəcəyini bilirdim”

“Hər iki hissədə rəqib qapısına hücumlar təşkil etdik. Lakin cəmi 1 qol vura bildik. 1-0 “sürüşkən” hesabdır, oyunun sonlarında hər şey ola bilərdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Rəvan”la oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev vacib 3 xal qazandıqlarını bildirib: “Rəvan” son kubok oyununda “Bakı”ya qalib gəldiyi üçün daha istəkli idi. Bu səbəbdən də oyunun gərgin keçəcəyini bilirdim. Vacib 3 xalı qazandıq. Cavid İmamvediyev əvvəlki oyunlara nisbətən daha çox nəzərə çarpırdı. Potensialı daha yaxşı oynamağa imkan verir. Bahodır Nasimov əzələsini dartdı, tibbi müayinədən sonra dəqiq diaqnozu bilinəcək. Rəşad Sadiqov əvəzedici komandada oynamağa başlayıb, aldığım məlumata görə, yaxşı oynayır. İnanıram ki, sıralarımıza qayıdacaq. Amma “Xəzər Lənkəran”la oyunda heyətdə olacağı gözlənilmir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30