31 Oktyabr 2025, Cümə
"Kəpəz" 10 min manat cərimələndi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”

Ölkə futbolu

“Rəvan” “Bakı” ilə oyunun hazırlıqlarını davam etdirir

“Rəvan” həftəiçi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Bakı” ilə cavab görüşünə çıxacaq. Futbolxeber.az-ın məlumatına görə, çərşənbə günü saat 14:00-da başlayacaq oyun üçün komanda tam qüvvə ilə hazırlaşır.

Hətta bu oyuna görə baş məşqçi Güvənc Kurtar "Simurq”la səfər oyunu üçün Zaqatalaya 4-ü cəzalı futbolçu olmaqla 10 aparıcı oyunçunu aparmamışdı. Bakıda qalan futbolçular "Bayıl Arena”da köməkçi məşqçilərin rəhbərliyi altında məşqləri davam etdirirdi. Bu gün isə komanda yenidən tam şəkildə toplaşıb. "Bayıl Arena”da baş tutan axşam məşqində komandanın bütün üzvləri iştirak edib.

Ənənəvi isinmə hərəkətlərindən sonra futbolçular taktiki-texniki hazırlığa başlayıb. Müxtəlif təmrinlərin həyata keçirildiyi məşqdə taktiki gedişlər üzərində də çalışılıb. Sonda futbolçular standart vəziyyətlər üzərində də işləyib.


revanfc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31