19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Böyükağa Hacıyev: “Karyeramı kiməsə görə qurban verə bilmərəm”

“Maraqlı oyun alındı. Bir komanda hücum edirdi, digəri müdafiə olunurdu. Baş məşqçi dəyişikliyi rəqib komandanın oyununa təsir edib. Vaqif Sadıqovun dövründə AZAL daha istəkli oynayırdı. Ona böyük hörmətlə yanaşıram”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Böyükağa Hacıyev komandasında futbolçuların çıxışına ayrı-ayrılıqda toxunub: “İki top fərqi ilə irəli keçdikdən sonra Bahodır Nasimovun bir neçə qol imkanı oldu, amma istifadə edə bilmədi. Yolumuza davam edirik. Qarşıda “İnter”ə qarşı keçirəcəyimiz kubok oyunu var. Bundan sonra “Rəvan”la qarşılaşmamız var. Düşünürəm ki, çətin olmayacaq. Rəşad Sadiqov özünü yaxşı hiss etmir, son zamanlar ona istirahət veririk. Mirhüseyn Seyidov onun yoxluğunu hiss etdirmədi. Futbolda əvəzolunmaz futbolçu yoxdur. “Neftçi”də kifayət qədər oyunçu var, qalır ki, 11-liyi düzgün seçəsən. Cavid İmamverdiyə imkan yaratdım. Dünən əvəzedicilərdə oyuna çıxdı. Bir hissə oynayıb komandaya qoşulmalı idi. O isə hər iki hissədə meydanda oldu. Bir az səhlənkar olduğu üçün bu gün heyətdə yox idi. Öz karyeramı kiməsə görə qurban verə bilmərəm. Qarşıda hələ 10 oyun var, çox şey ola bilər. Ernest Nfor səviyyəli futbolçudur, komandaya lazımlıdır. Həm oyunqurucu, həm dayaq yarımmüdafiəçisi, həm də sırf hücumçu kimi oynaya bilər. Ondan narazılığım yoxdur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30