3 Noyabr 2025, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da

Ölkə futbolu

Dənizli: “Nəticə yaxşı sayıla bilər”

“Kubok oyunlarında hədəf fərqli olur. Səfərdə oynadığımız ilk oyuna görə nəticə yaxşı sayıla bilər. Rəqibimiz I Divizionun ən güclü komandasıdır, bir çox Premyer Liqa klubları ilə eyni gücdədir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”la oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dəznili deyib.

Türkiyəli mütəxəssis hakimlik barədə danışmaq istəmədiyini diqqətə çatdırıb: “Yaxşı oyun oldu, qol epizodları oldu. İlk hissədə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilsəydik başqa cür ola bilərdi. Hər halda yarımfinala vəsiqəni ev oyununda həll edəcəyimizə inanıram. Hakimlə bağlı heç nə demirəm. Hakimlər də səhv edə bilər. Epizodları çox yaxşı izləmədən nəsə demək düzgün deyil. Oyun qaydalarını yaxşı bilirəm, amma 20 ildir ki, hakimliklə bağlı heç nə danışmıram. Həmişə hakimlərə dəstək olmağa çalışmışam, həm lehimizə, həm də əleyhimizə səhvlər ola bilər. Hakim haqqında düşüncələr bizim üçün ikinci plandadır. Kubokda yolumuzu davam etdirəcəyik. Sürpriz nəticə olmaması üçün cavab oyununda var gücümüzlə oynayacağıq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30