14 Dekabr 2019, Şənbə
Rüfət Dadaşovdan növbəti qol
Kaxaber Sxadadze Bakıya gəldi
Yurçeviç göndərildi, yerinə isə...
“Qarabağ” “Düdelanj”la heç-heçə etdi

Ölkə futbolu

Xaqani Məmmədov: “İntizam Komitəsi hakimliyin işinə qərar verə bilməz”

Azərbaycan Premyer Liqasının XXIV turunun “Neftçi” – “Qarabağ” matçında kobud səhvlərə yol vermiş hakimlər briqadası barədə tədbir görüləcək. Bu barədə Lent.az-a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

Məmmədov bildirib ki, Vüsal Əliyevin rəhbərlik etdiyi hakimlər briqadasının işinə komitədə baxılacaq. Lakin o, cəza müddətini açıqlamayıb: “Tədbir görüləcək. Bu, birmənalıdır. Hakimlər Komitəsinin nizam-intizam kodeksi var. Hakim səhvlərinə həmin kodeksdəki maddələrə uyğun hüquqi qiymət verilir. Oyunun nəticəsinə təsir edən səhvə daha ağır, qırmızı vərəqə göstərməyibsə, nisbətən yüngül cəza verilir. Yəni, buraxılan səhvlərin kateqoriyalarına uyğun cəzalar verilir. Ona görə də kodeksdə nə göstərilibsə, o cəza da veriləcək. Heç bir hakim cəzadan yan keçmir. Kimin səhvi varsa, o, mütləq cəzalandırılır”.

AFFA İntizam Komitəsinin martın 4-də çıxardığı qərarda göstərilib ki, “Neftçi”nin futbolçusu Araz Abdullayevə “Qarabağ”la matçın 62-ci dəqiqəsində verilmiş qırmızı vərəqə ləğv olunsun, Hakimlər Komitəsi isə Vüsal Əliyevin rəhbərlik etdiyi hakimlər briqadası barədə lazımi ölçü götürərək, İntizam Komitəsini məlumatlandırsın. Məmmədov bunun göstəriş kimi dəyərləndirilməsi ilə razılaşmayıb: “Bizə göstəriş verilməyib, sadəcə, diqqətimizə çatdırılıb ki, Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadasının işinə baxılsın. İntizam Komitəsi hakimliyin işinə qərar verə bilməz. Hakimlər Komitəsinə müraciət edib ki, bu oyundakı idarəçiliyə qiymət verilsin.

Qeyd edək ki, “Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi oyunda hakimlər briqadası bir neçə kobud səhvə yol verib. Araz Abdullayevə göstərilmiş qırmızı vərəqə “Neftçi”nin narazılığından sonra ləğv edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31