25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Böyükağa Hacıyev: “Transfer siyasətimizdə səhvə yol verdiyimizi düşünmürəm”

“Maraqlı və gərgin oyun oldu. Rəqibi yaxşı oyuna görə alqışlamaq lazımdır. “Qəbələ” əbəs yerə turnir cədvəlində yüksək pillələrdə getmir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev yenə heyətdəki problemləri xatırlayıb: “Çalışdım sübut edim ki, “Neftçi” əsas heyətlə həmin “Neftçi”dir. “Xəzər Lənkəran”la oyundan sonra 4 əsas müdafiəçimiz bir neçə oyunu buraxmalı oldu. Nəhayət bu gün komplektləşmiş heyətlə çıxış etdik və layiqli qələbə qazandıq. Ernest Nfor əlinə düşən yüz faizlik qol imkanından istifadə edib üçüncü qolu vura bilsəydi “Qəbələ” dayanardı. Müdafiədəki oyunumuzu alqışlayıram, müdafiəçilərimiz çox yaxşı oynadı. 3 gün sonra “İnter”lə kubok oyunumuz var. Bu il də bir sıra sürprizlərlə ölkə futbolunun tarixinə keçəcəyik. Karlos Kardoso və ya Ernest Nfro pis futbolçular deyil. Uyğunlaşa bilməyən yalnız Melvin Platyedir. Transfer siyasətimizdə səhvə yol verdiyimizi düşünmürəm. Çempionat sona yaxınlaşdıqca mükafatlar uğrunda mübarizə daha da qızışır, oyunlar daha gəgin keçir. Bu gün rəqib fərdi cəhətdən “Neftçi”dən geri qalmırdı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30