19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Bakı” “Qarabağ”la oyuna hazırdı

Sabah “Bakı” Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün “zolaqlılar” oyunöncəsi son məşqini keçirib.

Saat 11:00-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləri ilə start verilib. Ardından futbolçular əyləncəli qaçdı-tutdu oynayıblar. Vacib qarşılaşma öncəsi yetirmələrini çox yormayan baş məşqçi Milinko Pantiç oyunçuları 3 qrupa bölərək “kvadrat” oynamaq tapşırığı da verib. Çiskinli hava şəraitində keçən məşqin sonunda qısa məsafələrə sürətli qaçış və dartınma təmrinləri icra olunub.

Onu da qeyd edək ki, profilaktik müalicə alan Mario Alvares, Deyvidas Çesnauskis və Şəhriyar Əliyev hazırlıqda iştirak etməyib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30