25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qarabağ” bu il çox güclüdür”

“Mövsümün əvvəlində ilk 7 oyundan 6-da məğlub olub, son pillələrdə idik. İndi isə uğurlu çıxışla 3-cü pilləyədək yüksəlmişik. Görülən işə görə komandaya minnətdaram, avrokuboklara düşmək üçün əlimizdən gələni etməliyik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”la oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis komandasının minimum avrokuboklara düşmək uğrunda yarışdığını bildirib: “Rəqib son 3 oyunda qapısından qol buraxmamışdı. “Neftçi”ni məğlub etmişdi, “Bakı” ilə oyunda azlıqda qalsa da, heç-heçə oynamışdı. “Sumqayıt”ın baş məşqçisinə təşəkkür etmək lazımdır, o, komandanı doğru yöndə aparır. Gənc futbolçulara düzgün oynamağı öyrədir. Bugünkü oyunda təcrübə sayəsində rəqibi üstələdik. 1-0 “sürüşkən” hesabdır, qol epizodlarından istifadə etməli idik. Oyunun sonlarına yaxın “Sumqayıt” hesabı bərabərləşdirə də bilərdi. Qarşıda çox oyun var, avrokuboklara düşmək qarşımızda duran minimal vəzifədir. Çempionluq haqqında isə həmişə düşünürük. “Qarabağ” bu il çox güclüdür, layiqli olaraq çempionatın lideridir. Lakin heç kim çempionun kimliyini indidən deyə bilməz”.

Kaxaber Tsaxadadze oğlu Baçananın Gürcüstan yığmasındakı çıxışına da toxunub: “Baçana Tsxadadze artıq ikinci dəfə Gürcüstan millisinə çağrılır. Onun milli komandadakı oyunu haqqında fikir bildirməyim düzgün olmaz, bunu baş məşqçisi etməlidir. Milli komandaya faydalı olmasını arzulayıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30