19 May 2019, Bazar günü
Mxitaryan Bakıya gətirilmir
Millimizin heyəti açıqlandı
“Keşlə” 13 futbolçuyla vidalaşdı
“Qalatasaray” kuboka sahib çıxdı

Ölkə futbolu

İcraiyyə Komitəsində qəbul olunan qərarlar

Bu gün Hilton otelində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, Texniki direktor Bernhard Lippert, tanınmış mütəxəssis Ağasəlim Mircavadov, "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Denizli və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan Premyer Liqasının 2014-15-ci il mövsümündən limit 6+4+1 (6 əcnəbi, 4 yerli və 1 yerli 23 yaşadək - 1992-ci il təvəllüdlü) formatında tətbiq olunsun. Lakin oyunun protokoluna daxil edilən 18 futbolçudan biri mütləq 21 yaşadək (1994-cü il təvəllüdlü) olmalıdır.

2. 2014-15-ci il mövsümündən etibarən I divizionda oynayan klubların heyətində yaşı 23-dək (1992-ci il təvəllüdlü) 8 yerli futbolçu olmalıdır.

3. Lisenziya tələblərinə uyğun olacağı təqdirdə 2014-15-ci il mövsümündən Azərbaycan Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsi müzakirə olunsun.

4. Respublika ərazisində təşkil olunan bütün futbol oyunları AFFA tərəfindən təsdiq olunduqdan sonra keçirilməlidir.

5. Auto Azerbaijan şirkətinin maliyyə direktoru Ziya Babayev Apellyasiya və Ekspert Komissiyasının üzvü seçilsin.

6. Klublarda oynayan 23 yaşadək (1992-ci il təvəllüdlü) yerli futbolçuların əmək haqları ilə bağlı monitorinq aparılsın və onlar üçün müvafiq əmək haqqı müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunsun.

6. AFFA-nın 2008-ci ildən balansında olan Göyçay şəhər stadionu rayon icra hakimiyyətinin müraciətinə əsasən Göyçay rayon Gənclər və İdman idarəsinin balansına verilsin.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31





Click to Visit