29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA-nın növbəti konfransı keçirildi (Yenilənib)

Bu gün Hilton otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat Konfransı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, konfransı AFFA prezidenti Rövnəq Abdullayev açaraq tədbirdə iştirak edən UEFA-nın I vitse-prezidenti Şenes Erziki, nümayəndələri, qonaqları və mətbuat nümayəndələrini salamlayıb.
Hesabat dövrü ərzində ölkə futbolunun inkşiafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verdiyini bildirib. AFFA prezidenti Avro-2020-nin oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin UEFA tərəfindən təqsdiq olunduğunu, 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə əlaqədar namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq, UEFA-ya təqdim edilmək üçün sifariş kitabının hazırlanması ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin sərəncam imzaladığını xatırladıb, sifariş kitabının hazırlanması məqsədilə müvafiq işlərin görüldüyünü bildirib. Sonra söz AFFA-nın baş katibi Elxan Məmmədova verilib. Baş katib Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində və ötən il keçirilmiş yoldaşlıq oyunlarında vurduğu qollardan hazırlanmış videoçarxın izlənməsini təklif edib. Videoçarxın nümayişindən sonra mandat komissiyasının sədri Mahmud Sadıqov məruzə edərək 35 nümayəndənin 33 nəfərinin Konfransda iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu bildirib.
 
Elxan Məmmədov çıxış edərək Azərbaycan futbolunun inkişafı ilə bağlı AFFA tərəfindən müəyyənləşdirilmiş prioritet istiqamətlər - infrastruktur, kütləvilik, təhsil - və bu yöndə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib. Baş katib qeyd edib ki, AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında videoçarx hazırlanıb. Hesabat xarakterli videoçarxın nümayişindən sonra Elxan Məmmədov məlumat verib ki, hər bir Konfrans iştirakçısının qovluğunda AFFA tərəfindən hazırlanmış hesabat jurnalı, eyni zamanda videoxülasənin DVD-si var. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2013-cü ilin maliyyə hesabatını, həmçinin 2014-cü il üçün büdcə layihəsini təqdim edib (maliyyə hesabatı və büdcə layihəsi saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Babək Məmmədovun hesabatı dinlənilib. Hesabatlar təqdim olunduqdan sonra Konfrans nümayəndələri yekdilliklə AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olması barədə qərar qəbul ediblər.
 
Baş katib Elxan Məmmədov UEFA və AFFA-nın birgə layihəsi olaraq irqçiliyə qarşı videoçarx hazırlandığını, layihədə dünya futbol ulduzları ilə yanaşı Azərbaycan milli komandasının üzvləri Rəşad Sadıqov, Ruslan Abuşov və Rauf Əliyevin də iştirak etdiyini deyib, videoçarx nümayiş olunub.
Sonra Konfransın fəxri qonağı, UEFA-nın I vitse-prezidenti Şenes Erzik çıxış edərək, AFFA-nın yaranma tarixi, ötən əsrin 90-cı illərində bu istiqamətdə görülən işləri xatırladıb, ötən müddət ərzində Azərbaycan futbolunun böyük inkişaf yolu keçdiyini bildirib.
 
Konfransın sonunda Avro-2020-nin oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
 
Konfrans başa çatdıqdan dərhal sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31