20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Hafiz Məmmədovla “Atletiko”nun prezidenti arasında növbəti görüş

“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun Azərbaycanın dünyada tanıdılması işinə verdiyi töfhə tədricən öz bəhrəsini verməkdədi. Futbolxeber.az-ın məlumatına görə, hazırda Hafiz bəyin himayədarlığı ilə Madrid “Atletiko”su və “Lans” öz oyunlarına üzərində “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) ifadəsi yazılmış formalarla çıxır. Bu səmərəli əməkdaşlığın nəticəsi olaraq, bugünlərdə İspaniyada Madrid “Atletiko"sunun prezidenti Enriko Serezo və “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov arasında növbəti görüş keçirilib. Görüş zamanı Enriko Serezo futboldakı işbirliyinə toxunaraq fikirlərini bölüşüb: “Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. “Land of Fire Azerbaijan” ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq. Bu işlərin məntiqi nəticəsi olaraq Azərbaycan - İspaniya ticarət palatası da təsis olunub.

Bugünlərdə Azərbaycan xalqı 22 il əvvəl törədilmiş Xocalı faciəsini anaraq, vəhşiliklə öldürülən vətəndaşlarının ruhunu anır. Mən də öz növbəmdə bu hadisələri pisləyir, Hafiz Məmmədovun simasında xalqınıza başsağlığı verirəm. Azərbaycanın bundan sonra belə faciələrdən uzaq olmasını diləyirəm”.

Görüşün sonunda Enriko Serezo Hafiz bəyə öz hədiyyələrini təqdim etdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30