20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Mahir Şükürov və Flavinyo üçün əlamətdar tur

Azərbaycan Premyer Liqasının 24-cü turu “Neftçi”nin iki əsas heyət oyunçusu üçün əlamətdar olub. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Mahir Şükürov Premyer Liqada 200-cü, Flavinyo isə 100-cü matçına çıxıb. 

Şükürov Azərbaycan çempionatlarının 22 illik tarixində 200 və daha çox oyun keçirən 100-cü futbolçu oldu. Ölkə çempionatında 14 il əvvəl debüt edən Mahir karyerasını Premyer Liqada davam etdirən oyunçular arasında “200”ü fəth edən 21-ci futbolçudur. Müdafiəçi “Neftçi”nin heyətində yalnız hesabında 284 oyun olan Rəşad Sadiqovdan geri qalır. Bu müddətdə 5 qol vuran Şükürov “Neftçi”də 68, “Karvan”da 38, “İnter”də 27, “Qəbələ”də 19, “Olimpik”də 18, “Şəfa”da 12, “Xəzər Lənkəran”da 11, “Kimyaçı”da 7 oyun keçirib.

mövsüm

klub

oyun

qol

1999/2000

Kimyaçı (Sumqayıt)

7

 

2003/04

Şəfa (Bakı)

12

 

2004/05

Karvan (Yevlax)

13

 

2005/06

Karvan (Yevlax)

25

1

2006/07

Neftçi (Bakı)

21

 

2007/08

İnter (Bakı)

12

 

2007/08

Xəzər Lənkəran

11

 

2008/09

Olimpik (Bakı)

18

1

2009/10

İnter (Bakı)

15

 

2011/12

Qəbələ

19

 

2012/13

Neftçi (Bakı)

28

 

2013/14

Neftçi (Bakı)

19

3

 

Cəmi

200

5

Azərbaycanda 4-cü mövsümünü keçirən  Flavinyo Mahirdən fərqli bütün oyunlarını "Neftçi”də keçirib. Braziliyalı yarımmüdafiəçi paytaxt klubunun heyətində 100 və daha çox çempionat matçı keçirən 17-ci futbolçudur. Flavinyo “Neftçi”də 100 matç keçirən ilk legioner kimi də tarixə düşüb.

Ona qədər Azərbaycanda oynamış Braziliya futbolçuları arasında yalnız biri eyni klubda 100 oyun həddini aşmışdı. Bu “Karvan”da 101 qarşılaşma keçirən Ernani Pereyradır. Növbəti oyunda həmyerlisinə çatmaq imkanı olan Flavinyo 2 turdan sonra Azərbaycan klubuna ən sadiq braziliyalı adını əldə edəcək.

mövsüm

klub

oyun

qol

2010/11

Neftçi (Bakı)

20

11

2011/12

Neftçi (Bakı)

29

10

2012/13

Neftçi (Bakı)

28

5

2013/14

Neftçi (Bakı)

23

2

 

Cəmi

100

28

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30