25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Neftçi" hazır maşındırsa, Böyükağa Hacıyev sürüb, getsin"

Milli komandamızın sabiq futbolçusu Nazim Süleymanovun müsahibəsi

- Azərbaycan Premyer Liqanın oyunlarını izləyirsiniz?

- Əlbəttə, imkan dairəsində hər bir oyuna baxıram.

- Klublarımızın son çıxışlarını necə qiymətləndirisiniz?

- Stabil çıxış edən yalnız "Qarabağ"dır. Bunun nəticəsidir ki, hazırda birinci yerdədir. Qurban Qurbanovun komandası üçüncü dövrənin ilk oyununda "Xəzər Lənkəran"a uduzsa da, həmin qarşılaşmada da yaxşı oyun nümayiş etdirmişdi. Gördüyünüz kimi, digər görüşlərin hamısında qalib gəlib. "Qəbələ" hazırda enişdədir. Bu komanda gözlədiyimiz nəticələri qazana bilmir.  "Neftçi" də gözlənilməz xal itkisi ilə üzləşir. "Bakı" ücüncü dövrəyə yaxşı başlayıb. Digər klublar isə sabit çıxış edə bilmir. 

- Son turda baş tutan "Neftçi" - "Qarabağ" oyunu da kifayət qədər maraqlı oldu. Bu qarşılaşma haqda fikirlərinizi öyrənmək istərdik

- Həqiqətən çox maraqlı oyun oldu. Məncə, hər iki komandanın futbolçusuna qırmızı vərəqə göstərmək olardı. Hakimlik haqda danışmağa ehtiyac yoxdur. "Qarabağ" çox sürətli hücumlar qururdu. Güclü oyunun nəticəsində rəqibini 4:1 hesabı ilə məğlub etdi. Bu hesab "Neftçi"yə yaraşmayan nəticədir. Ancaq futbolda hər nəticəyə hazır olmalısan. Ola bilər ki, "Neftçi"nin iki cəzalı futbolçusunun olması oyuna təsirini göstərib.

- Sizin istefanızdan sonra "Neftçi" yalnız bir görüşdə qalib gəlib. Sizcə, bu uğursuzluğun kökündə nə durur?

- Siz məni keçmişə qaytarmaq istəyirsiniz. Hazırda mən işsizəm və evdə oturmuşam. Onu deyə bilərəm ki, "Neftçi"nin ən böyük çatışmazlığı hücumçu problemidir. Bunu əvvəllər də deyirdim. Hücumu yaxşı qururlar. Ancaq eyni zamanda qol vurmaq hissiyatı olan hücumçu lazımdır. Son zamanlar görürsünüz də qolları kimlər vurur.  Həm də komanda çox qol buraxır. Baxın, son oyunda dörd, ondan əvvəlki hər iki oyunda isə iki qol buraxıb. Yüksək yerlər uğrunda mübarizə aparan komanda yalnız qol vurmağı yox, müdafiə olunmağı da düşünməlidir. "Neftçi"nin müdafiəsində isə boşluqlar var.

- İstefanızın səbəblərindən biri kimi yeni futbolçu transfer etmək istəyinizin klub rəhbərliyi tərəfindən yerinə yetirilməməsini göstərmişdiniz. "Neftçi"nin baş məşqçisi Böyüka Hacıyev isə az qala hər mətbuat konfransında yeni transferə ehtiyac olmadığını deyir. 

- Hazırda "Neftçi"nin baş məşqçisi Hacıyevdirsə, özü də buna cavab verməlidir. Mən işlədiyim dövrdə komandanın nəticələrinə cavabdeh idim. İndi isə o, məsuliyyət daşıyır. Hacıyev bildirmişdi ki, "Neftçi" yağa və benzinə ehtiyacı olmayan hazır maşındır". Mən də deyirəm ki, “Neftçi” hazır maşındırsa, sürsün getsin. Yaddan çıxarmaq lazım deyil ki, maşın hər il texniki baxışdan keçməlidir.

- Sizin dövrünüzdə də "Neftçi" futbolçuları qırmızı vərəqə alırdı. Bu gün isə "qırmızılar"ın sayı artıb. Komandanın  intizamında problemin olduğunu demək olar? 

- İnsan özündə məsuliyyət hiss etmirsə, onunla işləmək çox çətindir. Mən bir klubda oynayarkən nəinki özümü, klubun rəhbərliyini də qoruyuram. Ona görə də futbolçular buna fikir verməlidir.

 


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30