20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Araqon: "Komanda fiziki baxımdan yaxşı vəziyyətdə olsa da..."

 

“Komandada hazırda gözəl atmosfer, yüksək əhval-ruhiyyə hökm sürür. Futbolçularımız çox istəklidirlər. “Simurq”la matçda istədiyimiz nəticəyə yaxın olsaq da, son dəqiqə qolu bizi çətin vəziyyətdə qoydu. Artıq “Bakı” ilə matça köklənmişik”.
Futbolxeber.az-ın məluamtına görə, bu sözləri Premyer Liqanın XXVI turu - “Qəbələ” - “Bakı” matçı öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Luis Araqon söyləyib. Klubun rəsmi saytına verdiyi açıqlamada komandadakı hazırkı durumu dəyərləndirən ispan mütəxəssis müsbət nəticələrlə bütün problemləri arxada qoyacaqlarına inandığını deyib:
 
“Komanda fiziki baxımdan yaxşı vəziyyətdə olsa da, alınan son nəticələr kollektivi müəyyən mənada ruhdan salmışdı, futbolçuların özünəinamına mənfi təsir göstərmişdi. Çalışırıq ki, məşqlər və qarşıdakı oyunlarda qazanacağımız uğurlu nəticələrlə komandanın özünəinamını bərpa edək. Bu missiyanın öhdəsindən gələcəyimizə inanıram”. 
 
Araqon rəqib – “Bakı” haqqında fikirlərini də bölüşüb, heyətdəki problemlərdən danışıb:
 
“Bakı”nın bir çox oyununu izləmişəm və analiz etmişəm. Komandanın heyətində səviyyəli legionerlər və yerli futbolçular var. Rəqibimiz topla çox oynamağa səy göstərən, ona nəzarət etməyə çalışan komandadır. Çətin oyun olacaq. Amma komandama inanıram. Bütün psixoloji problemləri arxada qoyub uğurlu nəticə qazanmağa çalışacağıq. Heyətimizdə çatışmazlıqlar da var. Omar Kalabane sarı vərəqə limitinə, Ceyhun Sultanov və Vurğun Hüseynov zədəyə görə kollektivə kömək edə bilməyəcək”. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30