25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Madrid “Atletiko”su Topaz-ı “dondurdu” ÖZƏL

Yarandığı gündən tez-tez tənqid olunan Topaz növbəti dəfə mərc həvəskarlarının qınağına tuş gəlib. Futbolxeber.az-ın məlumatına görə, dünən mərc həvəskarları növbəti dəfə Topazdan narazı qalıblar.

Hər şey Madrid derbisindən başlayıb. Belə ki, sözügedən qarşılaşma Topazda canlı oyun kimi təqdim edilib. Yəni, oyunun gedişatında da Madrid derbisinə mərc etmək mümkün olub.

“Atletiko” - “Real” matçında, ilk yarının sonlarında hesab 1:1 olarkən meydan sahiblərinin birinci hissədəki qələbə əmsalı 9-a kimi yüksəlib. Bundan başqa, ilk 45 dəqiqədə 2-dən çox qol vurulmasının da (2,5 üst) əmsalı 3 olub. Birinci hissənin son saniyəsində Qabrinin “Atletiko”nu hesabda önə keçirməsi isə Topaza böyük zərbə olub. Xeyli mərc həvəskarı bu qolun sayəsində yaxşı gəlir əldə ediblər. Gözlənilməz halla üzləşən Topaz Madrid derbisinin ilk yarısı bitər-bitməz bütün mərclərini dondurub. Yəni, həmin andan etibarən təxminən 15-20 dəqiqə heç bir oyuna mərc etmək mümkün olmayıb. Məhz bu məqam da mərc həvəskarlarını qane etməyib. 21:00-da xeyli maraqlı qarşılaşma start götürsə də, həmin oyunlara mərc etmək mümkün olmayıb.  

QEYD: Məlumatı Futbolxeber.az saytına mərc həvəskarları ötürüblər. Qarşı tərəfə də tribuna verməyə hazırıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30