20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Azərbaycan çempionatında ilk dəfə

Azərbaycan Premyer Liqasının 24-cü turu Azərbaycanın ən titullu klubu “Neftçi”nin böyük hesablı məğlubiyyəti ilə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi əz meydanında “Qarabağ”a 1:4 hesabı ilə yenilib. Bu məğlubiyyət “ağ-qaralar”ın ölkə çempionatları tarixində 3 və ya daha çox top fərqilə uduzduğu 6-cı qarşılaşmadır.

1992-ci ildən ölkə çempionatının daimi iştirakçısı üçün bu dəfəki yenilgi fərqli olub.

Belə ki, əvvəlki 5 halda səfərdə azarkeşlərini üzən bakılılar ilk dəfə doğma meydanda ağır məğlubiyyət alıb.

Bundan başqa, indiyədək heç vaxt eyni mövsümdə iki dəfə böyük hesabla uduzmayan “Neftçi” bu dəfə belə uğursuzluq yaşadı. Cəmi 6 ay əvvəl “Bakı” həmşəhərlilərini 3 cavabsız qola üstələmişdi.

“Qarabağ” isə “Neftçi” üzərində 2 böyük hesablı qələbəsi olan 2-ci komanda kimi tarixdə düşdü. Bunadək yalnız paytaxtın eyniadlı təmsilçisi bunu bacarmışdı.

“Neftçi”nin Azərbaycan çempionlarındakı böyük hesablı məğlubiyyətləti

03.07.1992

Xəzər (Sumqayıt) - Neftçi (Bakı)

3:0

20.10.2007

Bakı - Neftçi (Bakı)

5:1

13.05.2011

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

3:0

11.03.2012

Qəbələ - Neftçi (Bakı)

4:1

31.08.2013

Bakı - Neftçi (Bakı)

3:0

28.02.2014

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:4

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30