19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Güvənc Kurtar bu gün qovula bilər

“Rəvan” klubu baş məşqçisi Güvənç Kurtarla yollarını ayırır. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün  Premyer Liqanın XXIV turunda AZAL-a qalib gələ bilməsə, türkiyəli çalışdırıcı böyük ehtimalla istefaya göndəriləcək.
 
Qış fasiləsində baş məşqçi postunda Şahin Diniyevi əvəzləyən Kurtar rəhbərliyin ümidini doğrultmadığı üçün yola salınır. Belə ki, “Rəvan” onun rəhbərliyi altında çıxdığı 5 görüşdən 3-də uduzub, 2 dəfə isə heç-heçə edib. Üstəlik, komandanın sərgilədiyi futbol uğurlu gələcək vəd etmir.
 
Artıq Kurtarı əvəzləyəcək çalışdırıcının kimliyi də bəllidir. Bu, Vladislav Qədirovdur. Türkiyəlinin istefasından sonra yerli mütəxəssisin “Rəvan”a 4-cü dönüşü rəsmiləşəcək.
 
Qeyd edək ki, Premyer Liqada cari mövsümün II turundan sonra “Rəvan”ın baş məşqçisi postunda Ramil Əliyevi əvəzləyən Qədirovun paytaxt klubuna 3-cü dönüşü də uğursuz olmuşdu. O, 7 turdan sonra Şahin Diniyevlə əvəzlənmiş, millimizin sabiq çalışdırıcısı isə qış fasiləsində “sükan”ı Kurtara vermişdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30