29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Xəzər Lənkəran” oyunöncəsi məşqə ciddi itkilərlə çıxdı

Sabah öz meydanında Bakının “İnter” komandasını qəbul edəcək “Xəzər Lənkəran” hazırlığını bu gün tamamlayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “ağ-yaşıllar” Lənkərandakı bazasının ehtiyat meydançasında matçöncəsi son məşqə ciddi itkilərlə çıxıb. Belə ki, Rahid Əmirquliyev, Rasim Ramaldanovla yanaşı əsas heyətin digər daim üzvləri olan Etame Mbilla və Adrian Skarlatakedə komanda ilə birgə məşqə qatıla bilməyib. Bir saat 20 dəqiqə davam edən hazırlıq saat 11-də başlayıb və futbolçular taktiki planda müxtəlif çalışmalar yerinə yetiriblər. Xatırladaq ki, XXIV turun “Xəzər Lənkəran” - “İnter”matçı fevral ayının 28-də saat 16-da start götürəcək. Matç “Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31