4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

“Bakı” hazırlıqlarını tamamladı

Sabah “Bakı” Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində evdə “Sumqayıt”la qarşılaşacaq. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün “zolaqlılar” təlim-məşq bazasının yardımçı meydanında oyunöncəsi son məşqini keçirib.

Saat 11:20-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləri ilə start verilib. Əyləncəli əltopu oynayan futbolçular ardınca məşqin çox hissəsini “kvadrat”a ayırıb. Qısa məsafələrə sürətli qaçış tapşırığını da icra edən komandamızın üzvləri sonda ikitərəfli oyun keçirib. Rəmzi olaraq “göylər” və “sarılar”ın mübarizəsi 2:2 hesabı ilə bitib.

Qeyd edək ki, dünənki məşqdə yenidən zədələnən Şəhriyar Əliyev hazırlıqda iştirak etməyib. Əksinə, müalicəsi yekunlaşan Cavid Hüseynov sıraya dönüb. Ayağında yüngül ağrılar olan Deyvidas Çesnauskis və Rauf Əliyev yüngül qaçış və dartınma hərəkətləri ilə kifayətlənib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28