25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Azərbaycan - İtaliya matçı Bakı Olimpiya stadionunda!

Futbol üzrə Azərbaycan milli komandası 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqibləri Xorvatiya və İtaliyanı Bakı Olimpiya stadionunda qəbul edəcək. Lent.az-ın əldə etdiyi məlumata görə, hər iki qarşılaşma seçmə tsiklin sonlarına məhz bu məqsədlə təyin edilib.
 
Paytaxtın Böyük Şor qəsəbəsində inşa olunan Olimpiya stadionunun 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulub. 65 min tamaşaçı tutumu olan arenada gələn il iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi nəzərdə tutulub. Oyunların ardından stadion futbol matçlarını qəbul etməyə hazır olacaq. Avropa çempionatının seçmə mərhələsində H qrupunun təqviminə əsasən, millimiz Xorvatiyanı 2015-ci il sentyabrın 3-də, İtaliyanı isə gələn il oktyabrın 10-da qəbul etməlidir. Hər iki rəqib qrupun favoritləri sayılır.
 
Digər tərəfdən, həm İtaliya, həm də Xorvatiya Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatına vəsiqə qazanıb. Bu komandalara, xüsusən, 4 qat dünya çempionlarına ölkəmizdə böyük maraq var. Təsadüfi deyil ki, 2002-ci il sentyabrın 7-də Bakıda keçirilmiş Azərbaycan – İtaliya matçı zamanı 30 min tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionu tam dolu olub. AFFA rəhbərliyi “Skuadra Adzurra” ilə növbəti ev oyununa daha çox azarkeşin gələcəyini nəzərə alaraq, görüşü nəhəng arenada keçirməyi qərara alıb. H qrupundakı digər rəqiblərə gəldikdə, yığmamız Bolqarıstanı bu il sentyabrın 9-da, Norveçi noyabrın 16-da, Maltanı isə gələn il martın 28-də qəbul etməlidir. Bu oyunlardan ilk 2-nin Respublika stadionunda, sonuncusunun isə “Bakcell Arena”da baş tutacağı gözlənilir.
 
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə Lent.az-a bildirib ki, hələ heç bir oyunun keçiriləcəyi stadion müəyyənləşməyib. Nərimanoğlunun sözlərinə görə, təqvimi UEFA müəyyənləşdirib: “Millimizin son 2 ev oyununu İtaliya və Xorvatiyaya qarşı keçirməsinə dair qərar AFFA-nın istəyi ilə verilməyib”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30