20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Foqts: “Qrupda üçüncü olmaq yuxu kimi görünə bilər, ancaq...”

Milli komandamızın baş məşqçisi Berti Foqts UEFA-nın rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, alman mütəxəssis açıqlamasında AVRO-2016-nın seçmə mərhələsinin püşkatmasını dəyərləndirib: "Təəssüf ki, püşkün nəticəsi bizim üçün çox da uğurlu olmadı. Burada güclü komandalar var. İtaliya kimi komanda ilə oynayacağımız üçün çox şadam. Təbii ki, Xorvatiya millisini də böyük komanda saymaq olar. İtaliya və Xorvatiya qarşıdakı dünya çempionatının iştirakçılarıdır. Bu səbəbdən həmin yığmalarla oyunlar Azərbaycanda bayrama çevriləcək. Artıq bizim komandanın da gücləndiyini söyləmək olar. Ötən seçmə mərhələdə biz yalnız üç görüşdə məğlub olduq. Portuqaliya hər iki oyunda və Rusiya ilə səfər matçında meydanı xalsız tərk etdik. Əminəm ki, qrupun favoritlərinə bizimlə oyun asan olmayacaq. Qrupda üçüncü olmaq yuxu kimi görünə bilər, ancaq futbolda hər şey mümkündür. Proqnoz verməyi xoşlamıram. Nə qədər xal toplayacağımızı deyə bilmərəm. Amma hər matçda yaxşı oynamalı və bütün rəqiblərə qarşı layiqli mübarizə aparmalıyıq. Azərbaycan yığması Almaniya, İngiltərə və İsveçrə kimi sürətli oynamır. Buna görə biz rəqibləri başqa göstəricilərdə təəccübləndirməliyik. Öyrəndiklərimizi meydanda nümayiş etdirsək və konsentrasiyamızı itirməsək, qrupda üçüncü olmaq şansımız var".

Xatırladaq ki, millimiz AVRO-2016nın seçmə mərhələsində H qrupunda İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta yığmaları ilə mübarizə aparacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30