19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Millimiz İtaliya, Malta, Bolqarıstan, Norveç və Xorvatiyayla eyni qrupda (Yenilənib)

Bu gün AVRO-2016-ın seçmə mərhələsinin püşkü atılacaq. Futbolxeber.az-ın məlumatına görə, turnirə ev ahibliyi edəcək Fransanın Nitsa şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkatmada iştirak edəcək 53 komanda UEFA-nın reytinq siyahısına uyğun olaraq 6 səbətə bölünüb. Azərbaycan milli komandası V səbətdə yer alıb. Püşk zamanı isə komandalar hərəsində 6 yığma olmaqla 8 qrupa bölünəcək. Lakin sonuncu - 9-cu qrupda 5 komanda final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışacaq.

Qeyd edək ki, bəzi ölkələr arasında mövcud olan diplomatik gərginlik səbəbindən Azərbaycanla Ermənistan, İspaniya ilə Cəbəllütariq və Rusiya ilə Gürcüstan yığmaları eyni qrupda yer ala bilməyəcək.

A qrupu: Hollandiya, Qazaxıstan, İslandiya, Latviya, Türkiyə, Çexiya

B qrupu: Bosniya və Hersoqovina, Andorra, Kipr, Uels, İsrail, Belçika

C qrupu: İspaniya, Lüksemburq, Makedoniya, Belarus, Slovakiya, Ukrayna

D qrupu: Almaniya, Cəbəllütariq, Gürcüstan, Şotlandiya, Polşa, İrlandiya

E qrupu: İngiltərə, San-Marino, Litva, Estoniya, Sloveniya, İsveçrə

F qrupu: Yunanıstan, Farer adaları, Şimali İrlandiya, Finlandiya, Rumıniya, Macarıstan

G qrupu: Rusiya, Lixtenşteyn, Moldova, Çernoqoriya, Avstriya, İsveç

H qrupu: İtaliya, Malta, AZƏRBAYCAN, Bolqarıstan, Norveç, Xorvatiya

I qrupu: Portuqaliya, Albaniya, Ermənistan, Serbiya, Danimarka




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30