17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Rəvan" "Qəbələ"də məşqə çıxdı

Azərbaycan Premyer Liqasının XXIII turunda sabah "Qəbələ” ilə səfərdə qarşılaşacaq "Rəvan” bu gün oyunöncəsi son məşqini keçib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələ şəhər stadionunun təbii örtüklü meydançasında baş tutan hazırlıq saat 16:00-da başlayıb və təxminən 1 saat davam edib.
 
Baş məşqçi Güvənc Kurtar yetirmələrini çox yükləməyərək onları yüngül təmrinlərlə hazırlaşdırıb. İsinmə hərəkətlərindən sonra topla müxtəlif təmrinlər həyata keçirən futbolçular taktiki-texniki hazırlığın son mərhələsini də geridə qoyub.
 
Qeyd edək ki, "Qəbələ” - "Rəvan” qarşılaşması sabah saat 13:00-da başlayacaq və Qəbələ şəhər stadionunun təbii ötrüklü meydançasında keçiriləcək görüş "İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30