19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Flavinyo: “Sona kimi yalnız çempionluq uğrunda oynayacağıq”

“Neftçi” PFK-nın futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu sabah Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyun haqda danışıb: “Son oyunlarda istədiyimiz nəticələri qazana bilməmişik. Bununla belə məqsədimiz dəyişməyib. Sona kimi yalnız çempionluq uğrunda oynayacağıq. “Sumqayıt” klubunun turnir cədvəlində hansı mövqedə qərarlaşması vacib deyil. Əgər qələbə qazanmaq istəyiriksə, axıra kimi mübarizə aparmalıyıq. Düzdü, əsas heyətdən Mahir Şükürov, Bruno Bertuççi və Karlos Kardoso cəzalı olmaları səbəbindən bu matçda meydana çıxa bilməyəcəklər. Bununla belə onların yoxluğunu hiss etdirməməyə çalışacağıq. Səfər oyunu olmasına baxmayaraq inanıram ki, qələbə qazanacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30