18 Aprel 2026, Şənbə
"Zirə"nin futbolçusu mükafatlandırıldı
Kurban Berdiyevdən qələbə şərhi
Hidayət Heydərov finalda uduzdu
"Qarabağ" azarkeşlərə müraciət etdi

Basketbol

Erhan Toker: "Hücumda çıxışımız yaxşı alındı"

"Abşeron Lions"un baş məşqçisi Erhan Toker "Şəki"yə qarşı Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsinin ikinci oyununda qazandıqları qələbəni şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, klubun mətbuat xidmətinə açıqlamasında türkiyəli mütəxəssis 105:94 hesabı ilə qalib gəldikləri qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Zədəli Jalen Şou və xəstə olan Aubri Makalpaynın xidmətindən yararlana bilmədik. Oyunun əvvəlində bir qədər zəif müdafiə olunduq. Buna baxmayaraq, hücumdakı çıxışımız yaxşı alındı və balansı qoruduq".

E.Toker hər iki komandanın basketbolçularına yaxşı mübarizəyə görə təşəkkür edib:

"Şəki" üçün mövsüm bu gün başa çatdı, amma çox gözəl mübarizə apardılar. Sevincliyik, "4-lər finalı"na vəsiqə qazandıq. İndi rəqibimizi gözləyəcəyik. Çempionatı bacardığımız qədər ən yüksək nöqtədə bitirmək istəyirik. Bir daha pley-offda oynayan bütün komandalara təşəkkür edirəm".

Xatırladaq ki, ilk görüşdə 109:78 hesabı ilə üstün olan "Abşeron Lions" yarımfinala yüksəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30