26 Oktyabr 2025, Bazar günü
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”
"Avrokuboklar rekorduma təəccübləndim”
Kurban Berdıyevdən qələbə şərhi

Basketbol

"Bakını və buradakı insanları çox sevirəm"

"Bakı şəhərini və buradakı insanları çox sevirəm".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Sərhədçi”nin yeni transferi Vuk Vukiçeviç deyib.
 
Klubun mətbuat xidmətinə açıqlama verən serbiyalı basketbolçu paytaxt təmsilçisi ilə müqavilə imzalamasından danışıb: “Bu komandanın bir hissəsi olduğum üçün və bura gəldiyim üçün şadam. Liqa yaxşıdır və düşünürəm ki, bu mövsüm həqiqətən də yaxşı çıxış edə bilərik. Bütün keyfiyyətlərimlə komandaya kömək etməyə çalışacağam. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq”.
 
O, Azərbaycan Basketbol Liqasının son turunda NTD üzərindəki qələbədən (84:79) də söz açıb: “Bəli, bu mənim üçün burada ilk oyun idi. Biz hələ də bir-birimizə uyğunlaşırıq. Düşünürəm ki, yaxşı ritmdəyəm və gələn oyunlar üçün həyəcanlıyam. Deyə bilərəm ki, bu mövsüm həqiqətən yaxşı çıxış edəcəyimə tam əminəm. NTD ilə matçda meydançada özümü yaxşı hiss etdim”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31