31 May 2025, Şənbə
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur
Millimiz dünya çempionatının finalında!
Finalın hakimləri müəyyənləşdi

Basketbol

"Lənkəran"ın legioneri: "Yeni klub olaraq liqada sözümüzü demək istəyirik"

"Dağın zirvəsi"nə çıxmaq üçün pley-offa vəsiqə qazanmağa çalışacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu “Lənkəran”ın amerikalı basketbolçusu Qreqori Milton klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, komandanın və şəxsi hədəflərindən danışıb: “Hazırlıqlarımız oyun tərzimizi müəyyənləşdirməyə imkan verəcək qədər irəlliləyib. Komadanın konsentrasiyası və davamlılığı ilk gündən bu yana çox artıb. Məqsədimiz parketə çıxdığımız hər oyunda mümkün qədər çox qələbə qazanmaqdır. "Dağın zirvəsi"nə çıxmaq üçün pley-offa yüksəlməyə çalışacağıq. Yeni klub olaraq liqada sözümüzü demək istəyirik. Gündən günə bacarığıma daha da güvənən komanda yoldaşlarımın olmasını nəzərə alsam, liqada uğur qazanacağıma inanıram. Çox əla komandamız var və onlarsız mənim fərdi uğurum mümkün olmayacaq”.

24 yaşlı oyunçu ölkəmiz və Lənkəranda qeyd etdiyi ilk ad günü ilə bağlı təəssüratlarını bölüşüb: “Hələ də Azərbaycana uyğunlaşmağa çalışıram. Burda çoxlu səmimi insanların olması məni xoşbəxt edir. Lənkəran kimi kiçik şəhər bizə əlimizdə olanların dəyərini bilməyə sövq edir. Bu da işimizə köklənməyə çox kömək edir. Burda ad günümü qeyd etmək yaxşı idi. Komanda yoldaşlarımın sevgisi sayəsində özümü evimdəki kimi hiss etdim. Bu, işimlə bağlı evimdən kənarda ilk ad günüm deyil. Komandamın sonsuz qayğısını görmək çox xoş idi”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31