2 Avqust 2025, Şənbə
Elmar Baxşıyevin möhürü
“Neftçi” AEL-lə heç-heçə oynadı
Andrade: “Xarakter göstərdik”
“Zirə” avrokuboklarla vidalaşdı

Basketbol

"Gəncə"nin yeni kapitanı bəlli oldu

"Gəncə" basketbol klubunun kapitanı müəyyənləşib.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komandada kapitanlıq sarğısını Azərbaycan millisinin də üzvü olan Elşad Şirzadov daşıyacaq.
 
26 yaşlı basketbolçu kapitan təyin olunması ilə bağlı təəssüratlarını bölüşüb:
 
"Mənə inanan, kapitanlığa layiq görən məşqçilərimizə minnətdaram. Ümidləri doğrultmağa çalışacağam. Kapitan kimi həm məşqçilərlə, həm də oyunçularla münasibətim yaxşı olmalıdır. Bunu anlayıram. Meydanda və ondan kənarda üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərəcəyəm. Kollektivimizin bir ailə olması üçün əlimdən gələni edəcəyəm. Qalib gələndə bir olmaq asandır, uduzanda komandanı toparlamaq lazımdır. Məsuliyyətli funksiyam var, bunu başa düşürəm. Kapitan seçildiyim üçün həm də sevincliyəm”.
 
Qeyd edək ki, E.Şirzadov "Gəncə"nin yeni transferidir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31