29 Oktyabr 2025, Çərşənbə
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Basketbol

“Sumqayıt”ın üzvü: “Gündən-günə daha yaxşı olacağıq”

“Sumqayıt” klubunun basketbolçusu Sadettin Donat yeni mövsümə hazırlıqları dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan mlllisində də çıxış edən 23 yaşlı basketbolçu Sumqayıt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında qarşıya qoyulan məqsədlərdən danışıb.

O, komandanın yer aldığı B qrupunda 1-ci pilləni hədəflədiklərini söyləyib: “Azərbaycanda ilk mövsümümü keçirəcəyəm. Hazırda “Sumqayıt” məşqlərini davam etdirir. Taktiki məşğələlər keçirik, oyunçular bir-birini tanımağa çalışırlar. Baş məşqçimiz bizə çox kömək edir. Yeni komandayıq, hələ sıralarımıza qoşulanlar da olacaq. Fikrimcə, gündən-günə daha yaxşı olacağıq. Çempionatın startına qədər iki hazırlıq oyununda qüvvəmizi sınayacağıq. Hədəflərə gəlincə, öz qrupumuzda 1-ci yeri tutmaq və pley-offa vəsiqə qazanmaq istəyirik”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31