24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Basketbol

“Bakılı” oğlanlar - AVRO-2016-nın ən güclüləri

UEFA Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çemponatının ən güclü 10 futbolçusunu seçib. Futbolxeber.az saytının məlumatına görə, siyahılda yer alanlardan 1-i qapıçı, 4-ü müdafiəçi, 2-si yarımmüdafiəçi, 3-ü də hücumçudur.

Mile Svilar - Belçika millisinin qapıçısı

Yuqoslaviya millisinin sabiq qapıçısı Ratko Sviların oğlu Belçikanın aparıcı üzvlərindəndir. Avqustda 17 yaşı tamam olacaq “Anderlext”li qapıçı Azərbaycan paytaxtında meydana çıxdığı 4 oyundan ikisində qapısını toxunulmaz saxlayıb. Həmin görüşlərdən biri turnirin gələcək çempionu Portuqaliya ilə matça təsadüf edib. Avropa çempionları bu turnirdə yalnız Sviları məyus edə bilməyiblər. Maraqlıdır ki, qitə birinciliyində Mile Svilar qapısında 2 qol görüb ki, hər iki topun müəllifi də azərbaycanlı hücumçulardır. Yığmamızla oyunda Murad Madmudovun zərbəsindən sonra məyus olan belçikalı qolkiper, Almaniya ilə matçda da Renat Dadaşovun zərbəsinin qarşısını ala bilməyib.

Con Sterlinq - İngiltərə millisinin sağ cinah müdafiəçisi

Sterlinqin sağ cinah reydləri İngiltərə millisinin Bakıdakı vizit kartı idi. Britaniyalıların aparıcı üzvü Reyss Nelsonun Avropa çempionatında vurduğu 3 qoldan ikisinin ötürməsini məhz Sterlinq verib. Texnikası və fiziki gücü ilə seçilən 16 yaşlı futbolçunun gələcəkdə İngiltərənin əsas yığmasında forma geymək ehtimalı olduqca yüksəkdir. Sterlinqin klubdakı yoldaşları, UEFA Gənclər Liqasının qalibi olan Klark-Solter, Fikayo Tomori və Temmi Abraham artıq “Çelsi”nin əsas komandasında debüt ediblər. Görəsən, Sterlinq bunu nə vaxt bacaracaq?

Dioqu Leyte - Portuqaliya millisinin mərkəz müdafiəçisi

Portuqaliyanın heyətindəki 4 Dioqudan biri olan Leyte inamlı oyunu ilə adaşı, kapitan və “Portu”dakı komanda yoldaşı Keyruşdan da inamlı təsir bağışladı. Mərkəz müdafiəçisi ağıllı oyunu, özünəianmı ilə üzərinə düşən işin öhdəsindən layiqincə gəldi.

Mattays de Lixt - Hollandiya millisinin mərkəz müdafiəçisi

De Lixt bütün turniri əvəzolunmadan keçirdi. Məhz onun inamlı oyunu sayəsində yarımfinalda Portualiyaya baş tutan görüşə qədər Hollandiya yığması 3 matçda qapısını toxunulmaz saxladı. “Ayaks”ın müdafiəçisi standart vəziyyətlər zamanı komandasının fərqlənməsində böyük rol oynayırdı. Bu baxımdan İsveçə qarşı görüşü qeyd etmək olar. Leandro Fernandesin asmasından sonra de Lixtin başla ötürməsini Çonq qola çevirməklə hollandları yarımfinala daşıdı.

Dioqu Dalo - Portuqaliya millisinin sağ cinah müdafiəçisi

Bakıdakı Avropa çempionatında Portuqaliya millisinin üstünlüyü o qədər nəzərə çarpırdı ki, cinah müdafiəçiləri Dalo və Ruben Vinaqre rəqib meydançasında öz qapılarının qarşısındakından daha çox vaxt keçirirdilər. “Portu”nun müdafiəçisi sürətli cinah keçidləri ilə yanaşı, qolları ilə də diqqət mərkəzinə düşməyi bacardı. Hollandiya ilə görüşdə komandasının üstünlüyünü artıran Dalo, finalda da hesabı açdı.

Atakan Akkaynak - Almaniya millisinin yarımmüdafiəçisi

“Bayer Leverkuzen”in gənc üzvü turnirdə özünü yaxşı tərəfdən göstərməyi bacardı. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən türk futbolçu sadə və inamlı oyunu ilə diqqətləri üzərinə çəkdi. Akkaynak Avstriya və Bosniya və Hersoqovina ilə görüşlərdə adını tabloya yazdırdı.

Fransisko Qarsiya - İspaniya millisinin sol cinah yarımmüdafiəçisi

“Real”ın yetirməsi Bakıdakı ilk 2 oyunda cəmi 4 dəqiqə meydanda olsa da, İtaliya ilə matçda meydana daxil olduqdan sonra özünü yaxşı tərəfdən göstərməyi bacardı. 3 gün sonra ingilislərlə oyunda rəqibin 4 oyunçusunu geridə qoyduqdan sonra rəqib qapısına yol tapan Qarsiya bəlkə də turnirin ən baxımlı qollarından birinə imza atdı.

Joze Qomeş - Portuqaliya millisinin hücumçusu

Ze Qolo ləqəbli futbolçu Bakıdakı turnirin əsas simalarından biridir. Qvineye-Bissauda anadan olan forvard Avropa çempionatında 5 oyunda 7 qol vurmaqla bombardir oldu. O, həm də buna qədər Pako Alkaserə məxsus rekordu da yeniləməklə turnirin tarixindəki ən yaxşı bombardir oldu. Qomeşin 7 qoldan 5-ni başla vurması da maraqlı faktdır.

Abel Ruis - İspaniya millisinin hücumçusu

Ruis İspaniya millisinin ən gənc üzvü olsa da, meydanda liderlik funksiyasını üzərinə götürmüşdü. “Barselona”nın hücumçusu qrup mərhələsindəki hər 3 oyunda fərqləndi. Üstəlik, o, Almaniyaya qarşı baş tutan yarımfinal matçında da adını tabloya yazdırmağı bacardı.

Renat Dadaşov - Almaniya millisinin hücumçusu

Fiziki cəhətdə olduqca güclü olan Dadaşov vətənində baş tutan çempionatda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Halbuki turnir azərbaycanlı forvard üçün yaxşı başlamamışdı. Turnirdəki ilk qolunu Dadaşov yalnız qrup mərhələsinin son turunda, Avstriyaya qarşı matçın sonuna artırılmış əlavə dəqiqələrdə vurmuşdu. Amma sonradan toparlanan gənc forvard Belçikaya qarşı baş tutan görüşdə vurduğu baxımlı qolla komandasını yarımfinala daşıdı. Finalın 1 addımlığında Dadaşov yenə də fərqlənməyi bacarsa da, komandası hesabdakı üstünlüyü qoruya bilmədiyindən azərbaycanlı forvardın Bakıda final oynamaq arzusu reallaşmadı. Dadaşov 17-ci doğum günündə özünə qol hədiyyə etməsi ilə yadda qaldı.

Hazırladı: İBRAHİM

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30