19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Basketbol

AVRO-2016: “Azərbaycan öz oyunçularının çıxışından qürur duya bilər”

Mayın 5-dən 21-dək Bakıda keçirilmiş UEFA U-17 Avropa çempionatı barədə turnirin təşkilati prosesində iştirak etmiş UEFA rəsmiləri fikirlərini bildiriblər:

Lens Kelli (Milli komandalar üzrə turnirlərin rəhbəri): “Turnirdə iştirak edən bütün komandalar Bakıda gördükləri yüksək səviyyəli idman infrastrukturunu, oteldəki şəraiti, qonaqpərvərliyi yüksək qiymətləndirdilər. 13 illik fasilədən sonra Portuqaliya yığması baxımlı oyun nümayiş etdirərək Avropa çempionatının qalibi oldu”.

Klaudio Neqroni (U-21 və yeniyetmələr üzrə turnirlərin baş meneceri): “Turnirin startında gələcək Avropa çempionuna - Portuqaliya yığmasına qarşı çətin oyuna baxmayaraq, Azərbaycan komandası qrupdan çıxmağa yaxın idi. Bu komanda öz oyunçularının  çıxışından qürur duya bilər. Şübhəsiz ki, bu turnir təşkilati təcrübə, idman infrastrukturu və oyunçuların inkişafı baxımından Azərbaycanda futbolun yüksəlişinə mühüm təsir göstərəcək. Bu, Avropada yeniyetmə futbolunun böyük miqyasda təbliği idi və biz səmimi qəlbdən yarışın Yerli Təşkilat Komitəsinin rəhbərliyi altında çalışan hər bir kəsə dərin təşəkkürümüzü bildiririk”.

Pyerpaskal Larotonda (UEFA Avropa çempionatı U-17 Layihəsinin rəhbəri): “Azərbaycan - Portuqaliya açılış oyununu stadionda 33.000 azarkeşin izləməsi yeniyetmələrdən ibarət komandaların Avropa çempionatları tarixinin rekord göstəricisi idi. Hamımız bu nailiyyətlə qürur duymalıyıq. Yarışın uğurlu təşkili AFFA və UEFA komandaları arasındakı müştərək fəaliyyətin nəticəsidir. Unikal komanda işini biz operativ olaraq oyun meydanlarında izləyə bilirdik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30